Menu

"Köhnə nazir vəzifədən gedən kimi başlayırlar onun üstünə düşməyə..." - Vahid Əhmədov

11.05.2018, 12:38
"Köhnə nazir vəzifədən gedən kimi başlayırlar onun üstünə düşməyə..." - Vahid Əhmədov

“Hesablama Palatası Milli Məclisin qurumu olduğu üçün bütün məsələlərlə bağlı məqamlar, məlumatlar deputatlara da çatdırılmalıdır. Bəzən elə olur ki, parlamentin rəhbərliyinin xəbəri olur, amma biz millət vəkillərinin yox. Hesab edirəm ki, bu məsələdə millət vəkilləri də nəzərə alınmalıdır, onlar da vaxtında məlumatlandırılmalıdır”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçriilən iclasında “Hesablama Palatası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib. Deputat son vaxtlar mətbuatda kadr dəyişiklikləri barədə məlumatlar yayıldığını bildirib.

“Köhnə nazir vəzifədən gedən kimi başlayırlar onun üstünə düşməyə. “Filan nazir 5 milyadr yedi, filan nazir 2 milyard yedi, dağıtdı-tökdü” və sair kimi şeylər yazırlar.

Həmin şəxslər nazir olan zaman Hesablama Palatası onun tabeliyində olan qurumu yoxlayıb. Həmçinin Malliyyə Nazirliyin xüsusi qrupu tərəfindən yoxlamalar aparılıb. Digər qurumları hələ mən demirəm. Əgər bu insanların günahı varsa, vaxtında cinayət məsuliyyətinə cəlb edin.

Onlar da cavab versinlər. Yoxsa, 10-15 il nazir işləyəndən sonra vəzifəsini itirənlərin mətbuatda da, başqa yerlərdə də üstünə düşülür. Bunlara da heç kim cavab vermək istəmir. Ona görə də hesab edirəm ki, Hesablama Palatasının dövlət büdcəsinə nəzarət mexanizmini gücləndirmək lazımdır”.

Şərhlər

vətəndaş 2018-05-11 12:38:47

Vahid müəllim siz bir maliyyəçi kimi yaxşı bilirsiniz ki, mühasibat hesabatlarının ixtisar edilməsi son nəticədə dövlət əmlakının talan olunmasına gətirib çıxarıbdır. Heç bir təhsili olmayan şəxslər böyük bir dövlət müəsisəsinin baş mühasib vəzifəsinə təyin ediblər,əsl peşəkar mühasiblər isə işsizlik həyatı yaşayırlar..Belə hallarada yeni təyin olunan nazirlər tərəfidən də göz yumulur ? Polisdən pensiyaya çıxan şəxslər, işlə təyin olunurlar, əsl peşəkar kadrlar işsiz yaşayırlar, səbəbi vətəndaşı döv.nara.sa

Müfəttiş 2018-05-11 12:38:47

Nazirlər gəldi-gedərdilər, V.Əhmədov isə əbədi deputatdır. Hörmətli kişi olduğuna görə , nazirlər də ona hörmət etməmiş olmazlar....

Məğrur Bədəlsoy, Qarabağ əlili, jurnalist 2018-05-11 12:38:47

Heç bir nəzarətdən söhbət gedə bilməz. Digər nəzarətedici qurumlar kimi, Hesablama Palatasının da nəzarəti rüşvətini alıb susmaqdır. Fikir verin, Dövlət Sığorta Kommersiya Şirkətinə 30 ildən çoxdur "Sığorta" ayamalı Məmməd Məmmədov rəhbərlik edir. 1992 -94 illərdə şəhid,əlil olanların qan pulunu niyə verməyib?Aydındır ki, saxta sənədlə bu ödənişlər mənimsənilib.AMEA İşlər İdaərəsi Qarabağda döyüşdə olan elmi işçinin 2 körpə uşaqlı ailəsini yataqxanadan çıxarıb.İndi də həmin yataqxananın yerində tikilən evdən 2 əlil elmi işçisi olan ailəyə mənzil ayrılmadı. Amma 16 nəfər həmin yataqxanaya aid olmayan şəxs orada mənzil alıb. Aydındır ki, bu rüşvət hesabına baş verib.Əmlak Məsələləri Dövlət Komitəsi, BŞİH dövlətin qanunu qəsdən ləğv edildiyini bildirib, əmlakı, torpağı gizlin satır. Özü də bunu Prezidentin fərmanı ilə əsaslandırırlar. Adi bir JEK razılığını ƏMDK, RİH, Ədliyyə Nazirliyinin icra baş idarəsi Konstitusiyadan üstün tutur.Vətəndaşa Məhkəmənin verdiyi əmlakı 2 ildən sonra saxta çıxarışla 12 yaşlı uşağın adına sənədləşdiriblər, nəzarətedici qurumlar isə 10 ildir rüşvətlə susur. Ona görə də effekt vermir belə nəzarət korrupsiyası.Necə deyərlər, fərman prezidentin,qan pulu Mamedin,rüşvət də nəzarətedici qurumların. Niyə Hesablama Palatası və digər qurumlarəsmi bu yeyinti faktına hüquqi qiymət vermir?Çünki bəzi məmurlar rüşvət, korrupsiya şəhid qanından da, hüquqdan da, qanundan da üstün tuturlar.

Mahir Əliyev 2018-05-11 12:38:47

Vahid müəllim.belə çıxır ki.nazir olanda donuz kimi büdcəni basıb yesinlər,çıxanda onu bəh=bəhlə yola salsınlar?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol