BMT baş katibi Pan Gi Mun İsrailin Qəzzaya təşkil etdiyi hücum səbəbiylə bu gün bölgəyə gedəcək.
ANS PRESS-in məlumatına görə, BMT-nin siyasi məsələlər üzrə məsul baş katibinin müavini Ceffri Feltman BMT Təhlükəsizlik Şurasının bölgədəki vəziyyətə dair təşkil etdiyi iclasda BMT baş katibi Panın İsrail və Fələstin xalqları ilə həmrəyliyini göstərmək üçün sabah bölgəyə gedəcəyini açıqlayıb.
Feltman Panın hansı ölkələrə gedəcəyi, Qəzzaya baş çəkib-çəkməyəcəyi və səfərin neçə gün davam edəcəyilə bağlı isə hər hansı bir təffərrüat verməyib.
Tərəfləri beynəlxalq hüquqa uyğun hərəkət etməyə çağıran Feltman vətəndaşların və xüsusilə uşaqların öldürülməsindən narahatlıq duyduqlarını dilə gətirib.


Şərhlər