Menu

"Bakı Marafonu - 2018"in qalibləri müəyyənləşib - Pulları əcnəbilər apardı

13.05.2018, 13:18
"Bakı Marafonu - 2018"in qalibləri müəyyənləşib - Pulları əcnəbilər apardı

"Bakı Marafonu - 2018"in qadın qalibi də müəyyənləşib. "Report" xəbər verir ki, qadınlar arasında birinci yeri türkiyəli Fatimə Çelik tutub.

O, 1 saat 17 dəqiqə 55 saniyə göstərici ilə finişə birinci çatıb. Ukraynalı Valentina Paltovska ikinci, rusiyalı Anastasiya Petrova üçüncü olub.

"Bakı Marafonu - 2018"in kişi qalibi də müəyyənləşib. Birinci yeri ukraynalı İqor Olifirenko tutub.

O, 1 saat 5 dəqiqə 46 saniyə göstərici ilə 21 km məsafəni hamıdan tez qət edib. İranlı Məhəmməd Cəfər Muradi 1 saat 8 dəqiqə 8 saniyə göstərici ilə ikinci, türkiyəli Ömər Alkanoğlu isə 1 saat 11 dəqiqə 19 saniyə göstərici ilə üçüncü olub.

Qeyd edək ki, 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunub.

“Bakı Marafonu 2018”də toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol