Menu

“Taxılçılıq sahəsində geriləmələr müşahidə edilir” - Ekspert

13.05.2018, 18:59
“Taxılçılıq sahəsində geriləmələr müşahidə edilir” - Ekspert

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən onu demək olar ki, ölkədə mövcud olan əkin sahələrin əsas hissəsi, 65-70 faizi taxıl bitkilərinin əkini üçün istifadə edilir. Son bir neçə ildə taxılçılığın inkişafı üçün dövlət dəstəyi nəzərdə tutulsa da, bu sahəyə, xüsusilə, buğda və çəltik istehsalı üçün dövlət büdcəsindən hər hektara görə 90 manat subsidiya verilsə də Azərbaycan ərzaq buğdasına olan ehtiyacını daxili istehsal hesabına ödəyə bilmir.

Bunu kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib.

Ekspert qeyd edib ki, ölkənin cəmi 1,4 milyon ton ərzaq buğdasına ehtiyacı olduğu halda, bu tələbat tam olaraq idxalın hesabına ödənilir. Vahid Məhərrəmovun sözlərinə görə, ölkəyə buğda əsasən Rusiyadan idxal edilir: “Dövlət büdcəsindən həmçinin toxumçuluğun inkişafına, xaricdən mineral gübrələrin alınaraq ölkəyə gətirilməsinə, texnika ilə bağlı problemlərin həllinə külli miqdarda maliyyə vəsaiti ayrılır. Ölkəyə son zamanlar dövlət hesabına Avropa istehsalı, təxminən hər birinin qiyməti 100 min avro olan taxılbiçən kombaynlar alınaraq gətirilib. Lakin bütün bunların müqabilində taxılçılıq sahəsində geriləmələr müşahidə edilir”.

Kənd təsərrüfatı üzrə ekspert qeyd edib ki, fermerlərə çatan az miqdarda maliyyə vəsaiti isə sahənin normal inkişafı üçün yetərli deyil: “Ona görə ki, son bir neçə ildə istehsal vasitələrinin qiymətləri kəskin şəkildə artıb. Dizel yanacağının, benzinin, texnikanın, mineral gübrələrin və pestisidlərin qiymətləri artdığı halda bu sahədə məhsuldarlığı artırmaq mümkün olmamışdı. Taxıl istehsalı ilə məşğul olan fermerlər üçün dövlət büdcəsindən ayrılan subsidiyanın həcmi optimal şəkildə artırılmalıdır”. (teleqraf.com)

Şərhlər

Müh. Bəhram Cəfər oglu 2018-05-13 18:59:19

Сənab Vahid M., dogru qeуd edib. Gündəlik çorək və bir neçə illik тaxıl ehтiуaтı уoxsa, müsтəqilliуə, hərbiуə və ərzaq тəhlükəsizliуinə hansı dovləт тəminaтı qalır? Уeni cins mal və тoуuqlara gündəlik hədsiz az dənli уemlər verilir, əhali onlara verilən kopdürücü тоksindən (arтıq küтləvi) əziууəт çəkirl. Hər baş mala gündə pudlarla və тoуuga kilolarla тəbii-naтural dənlılərdən уem gərəkdir! Məncə, dəqiq hesabi normalar K/т müəssisə və fermalarında olmalıdır.

EWDER 2018-05-13 18:59:19

BIZDE ANCAQ INKIWAFDU...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol