Menu

Bakıda lift şaxtaya düşüb - 4 nəfər ağır xəsarət alıb

14.05.2018, 09:13
Bakıda lift şaxtaya düşüb - 4 nəfər ağır xəsarət alıb

Bakının Nəsimi rayonunda binada bədbəxt hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

"Report"un xəbərinə görə, hadisə Abdulvahab Salamzadə küçəsi 9 ünvanında baş verib.

Hündürmərtəbəli binada 4 nəfər liftlə aşağı düşmək istəyən zaman qurğuda nasazlıq yaranıb. Nəticədə lift sürətlə şaxtaya çırpılıb. İçəridə olan 1995-ci il təvəllüdlü Poladov Vaqif Əfqan oğlu, 1996-ci il təvəllüdlü Məmmədov Təbriz Hüseynağa oğlu, 1982-ci il təvəllüdlü Məmmədov Fərid Fərman oğlu və Əliyev Seymur İbad oğlu müxtəlif dərəcəli sınıq xəsarətləri alıb.

Yaralılar təcili yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Şərhlər

AYZEK 2018-05-14 09:13:41

AYSELLƏ MARKARYANIN "CANI SAĞ OLSUN"!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol