Menu

Özbəkistan və ABŞ 4 milyard dollarlıq saziş imzalamaq niyyətindədir

14.05.2018, 09:54
Özbəkistan və ABŞ 4 milyard dollarlıq saziş imzalamaq niyyətindədir

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin bu həftə Vaşinqtona baş tutacaq səfəri zamanı Özbəkistan və ABŞ 4 milyard dollarlıq saziş imzalamaq niyyətindədir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-Özbəkistan Ticarət Palatasının sədri Kerolin Lemm məlumat verib.

Onun sözlərinə görə, bu sənədlər ticarət, kommersiya, investisiya sahələri üzrə imzalanacaq.

Qeyd edək ki, daha əvvəl Özbəkistan dövlət başçısının mətbuat xidmətindən Ş.Mirziyoyevin mayın 15-17-də ABŞ-a ilk səfər edəcəyi, tərəflər arasında sənədlər paketinin imzalanmasının planlaşdırıldığı bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol