Cənubi Afrika Respublikası (CAR) Qəzza zolağında baş verən hadisələrlə əlaqədar İsraildəki səfirini geri çağırıb.APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu CAR-ın Beynəlxalq münasibətlər və əməkdaşlıq nazirliyinin nümayəndəsi Nvidxuvo Mabaya bəyan edib.
“İsrailin son hücumlarının ciddiliyini nəzərə alaraq CAR İsraildəki səfirini təcili geri çağırmağı qərara alıb”, deyə nazirliyin rəsmisi qeyd edib.
O əlavə edib ki, CAR hökuməti İsrail silahlı qüvvələri tərəfindən Qəzza zolağında həyata keçirilən qəddar təcavüz aktını ən qəti şəkildə pisləyir.


Şərhlər
Cənab ALQIŞ bəу, Cənubi Afrika dovləтinin əlahiddə-müsdəqil-prinsipial siуasəтini alqışlamaq Azərbaуcan və məbuaтı üçün diriliş dovrünə çevrilə bilər? Müdhiş Daуanıqlı Уolçu Xəriəsi olsa da, hüquqi iddialı уek və ardıcıl Qarabag siуasəтi heç də gorünmür?