Menu

Morninqstar Azərbaycan hərbçilərinə sertifikat verdi – Foto

19.07.2014, 13:46
Morninqstar Azərbaycan hərbçilərinə sertifikat verdi – Foto

Azərbaycan Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində 6 aylıq intensiv ingilis dili kurslarının qurtarmasına həsr olunmuş tədbir keçirilib.

Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, kurslar ABŞ-ın Dillər üzrə Hərbi İnstitutu tərəfindən təşkil olunub.

Tədbirdə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar, nazirliyin Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Ramiz Nəcəfov iştirak ediblər. Onlar məzunlara kursu bitirmələri barədə sertifikatlar təqdim ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol