Menu

MTRŞ iki televiziyaya yayım hüququ verib

16.05.2018, 16:28
MTRŞ iki televiziyaya yayım hüququ verib

Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

Şuradan APA-ya verilən məlumata görə, iclasda “Farrux Teleradio” MMC-nin və “Shakh Telecom” MMC-nin IP TV yayımı üçün lisenziya verilməsi barədə müraciətlərinə baxılıb və onlara kabel şəbəkəsi yayımı (yayım üsulu - internet, IP TV) üçün müddətsiz lisenziya verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol