Aynur İmranovanın ardınca Ümid Partiyasının sədri İqbal Ağazadənin daha bir müavini - Ruslan İzzətli də partiya sıralarından stefa verib.
Bu barədə öz facebook səhifəsində yazan R.İzzətli istefasını İ.Ağazadənin seçkiyə verdiyi qiymətlə əlaqələndirib: “Əziz dostlar, ÜMİD Partiyasının seçkiyə verdiyi qiymətə görə partiyadan istefa verirəm. Biz gənclər hər zaman demokratiyanın, insan haqlarının yanında olmuşuq. Ümid Partiyasının seçki açıqlaması isə demokratiya və xalqın qərarına qarşıdır. Ümid Partiyasında olan dostlarıma bundan sonrakı fəaliyyətlərində uğurlar arzu edirəm”.
Qeyd edək ki, bir neçə saat əvvəl isə iqbal Ağazadənin digər müavini Aynur İmranova da partiyadan istefa verdiyini bildirmişdi.


Şərhlər