“Bu ayın 15-dən etibarən Norveçin İctimai Teleradio Yayımı (NRK) və Norveç Jurnalistlər Birliyi (NJ) olaraq, tətil elan etmişik. Ümumilikdə 1700 əməkdaş bu aksiyaya qoşulub. Tələblərimiz də əmək haqlarının qaldırılmasıdır”.
Bunları Norveçdə yaşayan azərbaycanlı jurnalist İdrak Abbasov bildirib. O, özünün sosial şəbəkədəki hesabında #NJstreik haştaqı ilə bu barədə məlumat paylaşıb.
İ.Abbasovun sözlərinə görə, təmsil etdiyi Norveçin İctimai Teleradio Yayımı bu ölkədə əmək haqqı səviyyəsinə görə media orqanları arasında 32-ci yerdədir.
Bu ölkədə illik gəlirləri barədə danışan jurnalist deyib ki, bu rəqəm təxminən 60 min avrodan yüksəkdir...
(Gununsesi.info)


Şərhlər