Menu

«Fransa İranla ittifaqa girməyəcək...» - MAKRON

18.05.2018, 10:34
«Fransa İranla ittifaqa girməyəcək...» - MAKRON

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Fransanın prezidenti Emmanuel Makron bəyan edib ki, ölkəsi Amerika Birləşmiş Ştatlarına (ABŞ) qarşı İranla ittifaqda olmayacaq.

«Biz, ABŞ-a qarşı İranın müttəfiqinə çevrilməyəcəyik... Bu, mütləq səhv olardı. Biz deyirik ki, hamı ilə danışıq aparırıq və bölgədə inandırıcı dialoq qururuq» - deyə, Makron Sofiyada keçirilən mətbuat konfransında bəyan edib.

Xəbər verildiyi kimi, ABŞ Prezidenti Donald Tramp mayın 8-də ölkəsinin İranla bağlanmış tarixi-çoxtərəfli nüvə sazişindən çıxdığını elan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol