Menu

АBŞ-da məktəbdə atışma baş verib - 10 nəfər ölüb

18.05.2018, 20:39
АBŞ-da məktəbdə atışma baş verib - 10 nəfər ölüb

ABŞ-ın Santa-Fe şəhərində (Texas ştatı) məktəbdə silahlı insident baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 10 nəfər ölüb.

İlkin məlumata əsasən, insidentlə əlaqədar 2 nəfər saxlanılıb.

CNN telekanalının xəbərinə görə, silahlı şəxs sinifə daxil olaraq atəş açıb.

Hadisənin digər təfərrüatları və atəş açan şəxsin kimliyi barədə məlumat verilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol