Menu

ABŞ və Cənubi Koreya birgə hərbi təlimləri dayandırdı  - KXDR-a görə...

19.05.2018, 13:19
ABŞ və Cənubi Koreya birgə hərbi təlimləri dayandırdı  - KXDR-a görə...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) və Koreya Respublikası birgə hərbi-hava təlimlərini dayandırıb. Belə ki, təlimlər Kin Çen In və Donald Tramp arasında gözlənilən görüş ərəfəsində Pxenyanın kəskin narazılığına səbəb olub.

Bu barədə cümə günü ABŞ vəzifəli şəxslərinə istinadla «The Wall Street Journal» qəzeti xəbər verib.

Qəzetin məlumatına görə, təlimlərin dayandırılması təşəbbüsü ilə Seul çıxış edib. Koreya Respublikasının rəhbərliyi həyacan təbili çalıb ki, Trampla Kim Çen In arasında gözlənilən sammit öncəsi bu təlimlər Koreya yarımadasında gərginliyi artıra bilər.

Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) çərşənbə axşamı xəbər verib ki, Koreya Xalq Demokratik Respublikasının (KXDR) hakimiyyəti Seulla mayın 16-a təyin olunmuş danışıqları ləğv edib, çünki mayın 11-də ABŞ-Cənubi Koreya hərbi-hava təlimləri başlanıb.

Materialda qeyd olunur ki, təlimlər «Pxanmundcom bəyannaməsinə haray çəkən çağırışdır, məqsədli provakasiyadır və Koreya yarımadasında pozitiv siyasi inkişafla ziddiyyət təşkil edir». Pxenyan həm də bu fonda ABŞ-la sammit keçirməyi sual altına alıb.

Məlumat üçün bildirək ki, iki həftəlik «Max Thunder» birgə təlimləri mayın 11-də start götürüb. Təlimlərə 100 hərbi təyyarə cəlb olunub. 2009-cu ildən başlayaraq, bu təlimlər hər ildə iki dəfə keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol