Menu

14 İsrail əsgəri öldürülüb

20.07.2014, 10:29
14 İsrail əsgəri öldürülüb

İsrail-Fələstin qarşıdurması səngimək bilmir.

İki həftədir davam edən qanlı qarşıdurmada "Həmas" müqavimət hərakatının hərbi qolu “İzzəddin əl-Qəssam” briqadası İsrail əsgərlərini iki yerdə pusquya salaraq, 14 yəhudi əsgərini öldürdüyünü açıqlayıb.

İsrail ordusu isə bir zabit və iki əsgərlərinin "Həmas" qüvvələri tərəfindən öldürüldüyünü bildirib. Ölən hərbiçilərin 45 yaşlı Mayor Amotz Qrinberq və 20 yaşlı çavuş Adar Bersano olduğu açıqlanıb. Qrinberq və Bersanonun "Həmas"ın Qəzzadan İsrailə açdığı atəş nəticəsində öldüyü deyilir. /ANS

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol