Menu

Vurulan təyyarənin "Qara qutu"su separatçılarda

20.07.2014, 10:57
Vurulan təyyarənin "Qara qutu"su separatçılarda

Qəzaya uğramış Malayziya təyyarəsinin «qara qutu»su, bəzi məlumatlara görə, Donetsk vilayətində, Qorlovkadadır.  Bu ərazi «Bes» ləqəbi ilə tanınan İqor Bezlerin rəhbərlik etdiyi separatçıların nəzarəti altındadır. «Ukrainskaya pravada»nın yazır ki, məlumatı Luqanskdan olan ictimai fəal Dmitriy Sneqirev verib.

Onun sözlərinə görə, «qara qutular» Sukhodolsk ərazisindən İzvarinoya aparılacaq, orada FSB əməkdaşlarına təhvil veriləcək. Məqsəd diqqəti yayındırmaqdır.

«Boing-777»nin düşdüyü ərazidə 192 nəfərin meyiti tapılıb.

Ukraynanın güc strukturları təyyarənin Rusiyanın «Buk» zenit qurğusundan buraxılan raketlə vurulduğunu bildirir. /AzadlıqRadiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol