Menu

Xırdalan-Binəqədi yolunda hərəkət məhdudlaşdırılır

23.05.2018, 14:40
Xırdalan-Binəqədi yolunda hərəkət məhdudlaşdırılır

Aparılan təmir işləri ilə əlaqədar olaraq Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Binəqədi və Xırdalan qəsəbələri arasında yerləşən hissəsində sabah səhər saatlarından avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətə məhdudlaşdırılacaq.

"Report" Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, məhdudiyyət axşam saatlarına qədər qüvvədə olacaq.

Bununla əlaqədar olaraq sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alterbativ yollardan istifadə etmələri tövsiyə olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol