Menu

Lavrov Ermənistanın yeni XİN başçısı ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

23.05.2018, 14:56
Lavrov Ermənistanın yeni XİN başçısı ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın yeni xarici işlər naziri Zöhrab Mnatsakanyanla Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri telefon danışığı zamanı müzakirə edib.

"Report" TASS-a istinadən xəbər verir ki, məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, mayın 23-də Ermənistan tərəfinin təşəbbüsü ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında telefon danışığı baş tutub: "Aktual məsələlər müzakirə edilib".

Nazirliyin məlumatında qeyd olunub ki, nazirlər ikitərəfli tədbirlər planını, eləcə də ATƏT-in Minsk qrupu həmsədrlərinin xətti ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə nəzərdə tutulan məsələləri müzakirə ediblər.

Şərhlər

t.ədalət 2018-05-23 14:56:35

Rusiya nə qədər həyasız ölkədir ki,özü işğal etdiyi ərazini başqası ilə "müzakirə" edir.Amma,bizim E.Məmmədyarovdan başqa daha bu "çalğıya" heç kim qulaq asmır.Çalan da,dinləyən də Rusiya özüdür..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol