Yeni Zelandiyanın nəqliyyat naziri Fil Tuayford qanuna zidd olaraq təyyarənin göyərtəsində telefonla zəng etdiyinə görə istefa verib.
Azərtac “New Zealand Herald” nəşrinə istinadla xəbər verir ki, Tuayford təyyarə uçuşa hazırlaşan zaman zəng etməklə mülki aviasiya qaydalarını pozub.
“Bu heç kimə yaraşmaz, o ki, qaldı nəqliyyat nazirinə. Səmimi üzrxahlığımı bildirirəm”, – deyə Tuayford qeyd edib. O, insidentlə bağlı istefa verdiyini açıqlayıb.
Ölkənin Baş naziri Casind Ardern nazirin istefasını qəbul etməyib, lakin mülki aviasiya məsələlərini Tuayfordun müavini Culi Enn Centerə tapşırıb.


Şərhlər
Azərbaycanda da belədir.Məmur nə qədər iş başındadır,az qalır ona milli qəhrəman desinlər.Elə ki, birtəhər kreslodan uzaqlaşdırdılar,onda məlum olur ki, onun 3-4 milyard pulu var.Fikirləşirsən ki, biz nə vaxt bu cür qanunlarla işləyə ölkədə(Yeni Zelandiya kimi) yaşıyacağıq?