Menu

Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərində təlim keçir

25.05.2018, 11:13
Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərində təlim keçir

Ermənistan hərbi birləşmələri işğal altında olan Azərbaycan torpaqlarında növbəti hərbi təlimlərə başlayıblar.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, təlimlər Ağdam rayonunun Uzundərə adlanan ərazisində keçirilir.

Ağır artilleriya qurğularından atılan mərmi səsləri cəbhə xəttinə yaxın olan yaşayış məntəqələrində eşidilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol