Menu

İsrail 13 əsgərin öldüyünü təsdiqlədi

21.07.2014, 09:13
İsrail 13 əsgərin öldüyünü təsdiqlədi

İsrail ordusu Qəzzada şənbə günü 13 əsgərinin öldüyünü etiraf edib.

SalamNews-un Əlcəzirəyə istinadla verdiyi xəbərə görə, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat verib.

Bundan əvvəl HƏMAS-ın "əl-Qəssam Batalyonları" 15 İsrail əsgərin öldürüldüyünü bildirib.

Bu arada "əl-Qəssam Batalyonları" İsrail ordusunun Şaul Aron adlı bir əsgərini əsir götürdüklərini elan ediblər. Bu elanın ardından Qəzzanın bir sıra bölgələrində əhali sevinərək küçələrə çıxıb.

Xatırladaq ki, İsrail iki həftədir HƏMAS-ı zərərsizləşdirmək məqsədilə Qəzzaya təcavüzünü davam etdirir. Fələstin mənbələri indiyə qədər 477 fələstinlinin həlak olduğunu deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol