ATƏT ölkələrinin daimi nümayəndələrindən ibarət nümayəndə heyətlərinin yaxın vaxtlarda Cənubi Qafqaza səfəri gözlənilir.
Trend-in məlumatına görə, bu barədə Azərbaycanın ATƏT-dəki səfiri Qalib İsrafilov "Twitter" hesabında yazıb.
Onun sözlərinə görə, Azərbaycan, Ermənistan və Gürcüstana bir sıra ölkələrin ATƏT-dəki, təxminən, 30 daimi nümayəndəsi səfər edəcək. Q.İsrafilov eyni zamanda vurğulayıb ki, Ermənistan onun Yerevana səfər edəcək nümayəndə heyətində iştirakına qarşı çıxır.
Səfər zamanı nümayəndə heyəti region ölkələrindəki mövcud vəziyyətlə tanış olacaq.


Şərhlər