Avstraliyada QİÇS üzrə beynəlxalq konfrans Ukrayna üzərində vurulan Malayziya təyyarəsində həlak olmuş altı alimin xatirəsinin anılması ilə başlayıb.
Beynəlxalq QİÇS Cəmiyyətinin prezidenti Fransua Barre-Sinussi Melburn şəhərində konfransın açılışı mərasimində bir dəqiqəlik sükut elan edib. O, QİÇS 2014-cü il konfransının həlak olan alimlərin xatirəsinə həsr edildiyni bildirib.
Tanınmış Niderland alimi və Beynəlxalq QİÇS Cəmiyyətinin keçmiş prezidenti Coep Lanqe və Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Glenn Tomas dünyanın hər yerindən 12 min fəal və mütəxəssisin iştirakı ilə keçirilən konfransda iştirak etmək üçün Amsterdamdan Malayziyaya uçan zaman Ukrayna üzərində vurulan təyyarədə idi. Onlarla uçan Langenin rəfiqəsi Caklin van Tongeren, "Stop AIDS now!" qrupunun nümayəndəsi Pim de Kayyer, Lüsi Vann Mensss və Avropada "AIDS Action" qrupunun nümayəndəsi Maria Adriana de Shotter təyyarə vurulan zaman həyatını itirən 298 adam arasındadır.
Altı gün davam edəcək 20-ci illik konfransda QİÇS-lə bağlı tədqiqatların bugünkü durumu, xəstəliyə icmaların reaksiyası, həmçinin xəstəliyə qarşı preventiv tədbirlərin görülməsi və müalicəsi kimi məsələlər müzakirə ediləcək. /"Amerikanın səsi"


Şərhlər