Menu

Gürcüstan 2021-ci ildə NATO-ya daxil olacaq

27.05.2018, 15:56
Gürcüstan 2021-ci ildə NATO-ya daxil olacaq

Ümid edirəm ki, Gürcüstan 2021-ci ilə qədər NATO-ya daxil olacaq.Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, bunu Gürcüstanın baş naziri Georgi Kvirikaşvili deyib.

Baş nazir qeyd edib ki, NATO-ya üzvlük ölkənin təhlükəsizliyinin möhkəmlənməsi üçün vacibdir: “Gürcüstan Avropa və Avroatlantik əməkdaşlığa üzv olmaq üçün hər gün çalışır”.

Qeyd edək ki, əvvəllər Gürcüstanın alyansa daxil olacağı bildirilsə də, dəqiq vaxt göstərilmirdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol