Menu

“AXC-Müsavat hakimiyyəti talançılıqla məşğul idi...” - İlham Əliyev

28.05.2018, 17:23

ilham-aliyev“Əfsuslar olsun ki, Azərbaycan rəhbərliyində olan qüvvələr 1991-1993-cü illərdə ölkəmizi lazımi səviyyədə idarə edə bilməyiblər”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən rəsmi qəbulda söyləyib.

Dövlət başçısı deyib ki, onlar üzərlərinə düşən yüksək məsuliyyəti dərk etməyib və gənc müstəqil dövləti demək olar ki, idarəolunmaz vəziyyətə salıblar, 1991-1993-cü illərdə Azərbaycanda yaşanan xoşagəlməz hadisələr, hallar ölkəmizin müstəqilliyini sual altına qoyub: “Xüsusilə 1992-ci ildə AXC-Müsavat cütlüyünün dövlət çevrilişindən, hakimiyyətin güc yolu ilə zəbt edilməsindən sonra vəziyyət daha da ağırlaşdı. Ölkəmizdə xaos, anarxiya, özbaşınalıq hökm sürürdü. AXC-Müsavat hakimiyyəti talançılıqla məşğul idi. Torpaqlarımız işğal altına düşdü və bununla bağlı çoxsaylı qaçqınlar-köçkünlər yarandı. AXC-Müsavat hakimiyyəti qardaş qanı axıtdı, vətəndaş müharibəsinə start verdi və bu, xalqımızın böyük faciəsi idi. Bir sözlə, o illər bizim tariximizdə qara ləkədir, rüsvayçılıq illəridir. Azərbaycan xalqı cəmi bir il o antimilli hakimiyyətə dözə bildi və bir ildən sonra o hakimiyyəti tarixin arxivinə göndərdi. Azərbaycan xalqı öz liderinə - Heydər Əliyevə müraciət edib, onu hakimiyyətə dəvət edibr və nə qədər müdrik xalq olduğunu bir daha sübut edib”.

Şərhlər

Kasıb 2018-05-28 17:23:27

İndui də milyardları bir qrup məmur yemirdi. Az tapır az çox taspır çox yeyirdik. O vaxt mühaharibə gedirdi. Bütün əhali kişi kimi vuruşurdu. İndi isə vuruşmağa imkan verilmir. Əhali də qalıb pis gündə.Ancaq kassıbların uşaqlarrı düşmən gülləsi ilə öldürülür. Mən partiyaçı deyiləm. Sadə bir Azəriyəm ürəyimdən gələni dedim yəqin ki sizin də xətrinizə dəyməz. Çünki düz söz bir aksiomdur. Ancaq indi insanıar düz olmayana yaltaqlıq edib düz deyirlər.

Bədəlli Məğrur, Qarabağ əlili 2018-05-28 17:23:27

AXC -Müsavat cütlüyü talançılıq məşğul olubsa da, yağıları torpaqlarımızdan qoyanda olub. Ağdərədə düşməni dabanına tüpürüb qaçırdan AXC -Müsavat iqtidarının ordusu "talançılıq" edib, səngərdə düşmənin qoyub qaçdığı yeyilib-içilməyən konyakları,ərzaqları, siqaretlərinsan, silah -sursatı talayırdı.Axıdılan qan da din ayrı namərd erməni qardaşlarımızın qanı olub.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol