Menu

Qətər Azərbaycana yeni səfir təyin edib

29.05.2018, 10:03
Qətər Azərbaycana yeni səfir təyin edib

Qətər Azərbaycana yeni səfirini təyin edib.

"Report" xəbər verir ki, Qətər əmiri Şeyx Həməd Tamim bin Həməd əl-Taninin fərmanı ilə bu vəzifəyə Zayed Səid Rəşid əl-Kumait əl-Xayarin (Zayed Saeed Rashid al-Kumait al-Khayareen) təyin olunub.

O, 2016-cı ilin oktyabrından Qətərin Azərbaycandakı səfiri vəzifəsini icra edən Yusuf bin Həsən əl-Saaini əvəz edəcək.

Qətərin Azərbaycandakı yeni səfiri daha əvvəl ölkəsinin İordaniyadakı səfiri vəzifəsində çalışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol