Menu

"TANAP tarixi layihədir" - Ərdoğan

29.05.2018, 10:36
"TANAP tarixi layihədir" - Ərdoğan

"TANAP tarixi layihədir, əməkdaşlığımız bu layihənin tamamlanmasında böyük rol oynayıb".

APA-nın məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasiminə göndərdiyi təbrikdə bildirilib.

Türkiyə prezidenti bu gün TANAP-a ilk qazın vurulmasına başlandığını qeyd edib: "İyunun 12-də Əskişəhərdə TANAP-ın istifadəyə verilməsi ilə bağlı tədbir keçiriləcək. Cənub Qaz Dəhlizinin digər elementlərinin də uğurla istifadəyə veriləcəyinə inanıram".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol