Dünyanın ən bahalı şəhərlərinin siyahısı açıqlandı - Sürix birinci yerdədir

İsveçrənin maliyyə mərkəzi olan Sürix dünyanın ən bahalı, Misirin paytaxtı Qahirə isə ən ucuz şəhəridir.

Strateq.az Azadlıq Radiosuna istinadla xəbər verir ki, İsveçrənin “UBS” bankı mayın 29-da 77 böyük şəhərin illik reytinqini açıqlayıb.

Orta fəhlə maaşıyla ən yaxşı alıcılıq qabiliyyəti Los Ancelesdədir, bu şəhərin sakinləri nyu-yorklulardan 25 faiz çox şey əldə edə bilirlər. Araşdırmada müqayisələrin bazası kimi Nyu-York götürülüb.

Ancaq Sürixdə yaşayanların maaşı da yüksək olduğundan, əhalisinin alıcılıq qabiliyyətinə görə Kaliforniyanın ən böyük şəhərindən sonra ikinci yerdə gəlir. Nyu-York 10-cu, London 23-cüdür.

“UBS” 11 şəhərdə “olmazsa olmaz” mallar paketi üzrə alıcılıq qabiliyyətini də dəyərləndirib. Bu paketə “iPhone” mobil telefonu, laptop və “Netflix” internet xidmətinə abunəçilik daxildir. Əslində, bahalı şəhər sayılan Honq Konq bu kateqoriyada qalib olub.

Cümə günü axşam evdən kənarda yeməklə şərab içib, daha sonra film seyr etmək istəyən cütlük Tokio, Nyu-York və Stokholmda buna görə “yaxşıca tərləməli” olacaq. Bu mənada ən yaxşı qiymətlər Praqada, Mexikoda və Rio de Janeyrodadır.

Praqa 77 ölkə içində 50, Sankt-Peterburq 51, Moskva 54, Kiyev 75-ci yerdədir.

635x100

Şərhlər

Abdulla 2018-05-29 22:04:44

Hesab edirəm ki, Bakı, Qəbələ və Quba heç də qeri qalmır. Bu yerlərdə evdən kənarda yeməklə şərab içib, daha sonra film seyr etmək istəyən cütlük buna görə daha “yaxşıca tərləməli” olacaq.

Son yazılar