Menu

Azərbaycanın axtarışa verdiyi şəxs Polşada saxlanılıb

30.05.2018, 11:42
Azərbaycanın axtarışa verdiyi şəxs Polşada saxlanılıb

Azərbaycan dövlətinin “İnterpol” xətti ilə beynəlxalq axtarışa verdiyi 1972-ci il təvəllüdlü Əfqan Ağayev Polşada saxlanılıb.

“Report”un xəbərinə görə, onun ekstradisiyası üçün tədbirlər davam etdirilir.

Qeyd edək ki, Ə.Ağayev barəsində Azərbaycan Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol