Menu

Ekologiya naziri Britaniya diplomatları ilə görüşüb - FOTO

31.05.2018, 10:34
Ekologiya naziri Britaniya diplomatları ilə görüşüb - FOTO

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi, xanım Baronessa Emma Nikolson və Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, xanım Karol Krofts arasında tanışlıq görüşü keçirilib.

Nazirliyin mətbuat xidmətinin məlumatına görə, görüş zamanı Birləşmiş Krallığın plastik məhsullardan birdəfəlik istifadə üzrə yeni siyasəti, gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol