Menu

"Azərbaycan Ermənistanla substantiv danışıqlara hazırdır" - XİN

31.05.2018, 16:06
"Azərbaycan Ermənistanla substantiv danışıqlara hazırdır" - XİN

“Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, münaqişənin həll edilməsində irəliləyişə nail olmaq üçün substantiv danışıqlara hazırdır”.

Bu sözləri Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər nazirinin Azərbaycan prezidenti və Ermənistan baş naziri arasında tezliklə görüş keçirilə biləcəyi barədə açıqlamasını APA-ya şərh edərkən deyib.

H. Hacıyev bildirib ki, substantiv danışıqlar vasitəsilə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması təmin olunmalıdır: “Görüşün keçirilməsi barədə bizə təkliflər daxil olduğu halda, kütləvi informasiya vasitələrinə bu barədə məlumat veriləcək”.

Şərhlər

məmmədqulu 2018-05-31 16:06:14

XİN 25 ildir ki, bu substantivlərnən baş qatırlar. Əvvəl Poluxov, indi də Hacızadə çıxıb kül üfürürlər ki, işləyirik. Pşınyan da Sizlərə bir neçə barmaq əməliyytı göstərdi. Hacızadə də bir müddətdən sonra Poluxov kimi brilyantlı ölkələrin birinə səfir gədər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol