Menu

Əsəd Trampın təhqirinə cavab verdi - «Mən, belə dildə daışmıram...»

01.06.2018, 17:30
Əsəd Trampın təhqirinə cavab verdi  - «Mən, belə dildə daışmıram...»

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Suriya Ərəb Respublikasının (SƏR) prezidenti Bəşər Əsəd «RT» telekanalına verdiyi müsahibədə bəyan edib ki, ABŞ prezidenti Donald Trpampın onun ünvanına söylədiklərinə əhəmiyyət vermir və bu sözlər, daha çox onun özündən xəbər verir.

Aprel ayında, Duma şəhərində kimyəvi silahdan istifadə barədə yayılan informasiya fonunda ABŞ prezidenti Donald Tramp Rusiya və İranı Bəşər Əsədi dəstəkləməkdə günahlandırıb, Suriya prezidentini isə «heyvan» adlandırıb.

«Mən, belə dildə danışmıram və buna uyğun kəlmələrdən istifadə etməyəcəm. Belə dildə Tramp danışır və bu, onun barəsində təsəvvür yaratmağa imkan verir. Məşhur prinsip var: «Sən, danışdığından ibarətsən». O, öz mahiyyətini göstərmək istəyib - vəssalam» - deyə, Əsəd bəyan edib.

Suriya prezidentinin sözlərinə görə, Trampın fikiri onun üçün əhəmiyyətsizdir.

Şərhlər

EWDER 2018-06-01 17:30:30

O BOYDA SURUYANI DAQIDIB,HELE DANIWMAQA DILIDE VAR.RUSA QOWULAN HEC VAXT AQ GUNE CIXMAYUB.ISTEFA VER MILLETIN CANI QURTARSIN.....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol