Menu

Kanada ABŞ-a cavab tədbirləri görəcək - «Sənayemizə yönəlmiş hücuma qarşı...»

01.06.2018, 18:27
Kanada ABŞ-a cavab tədbirləri görəcək - «Sənayemizə yönəlmiş hücuma qarşı...»

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Kanadanın Baş naziri Castin Tryüdo bəyan edib ki, ölkəsi Amerika Birləşmiş Ştatlarının (ABŞ) polad və alüminium idxalına tətbiq etdiyi yeni rüsumlarla bağlı cavab tədbirləri görəcək. Bu barədə hökumət başçısı öz «Tvitter» mikrobloqunda yazıb.

«Bu gün biz, elan edirik ki, bizim sənayemizə olan bu hücuma qarşı cavab tədbirləri görəcəyik» - deyə, Tryüdo bəyan edib.

O, qeyd edib ki, Kanada ABŞ-dan polad, alüminium və digər məhsulların idxalına elə ABŞ-ın özünün tətbiq etdiyi ölçüdə rüsum qoyacaq.

Tryüdo xəbər verib ki, Kanadanın rüsumları iyunun 1-dən qüvvəyə minəcək və ABŞ Kanadaya yönəlik rüsumlardan imtina edənə qədər qüvvədə qalacaq.

Baş nazir qeyd edib ki, ABŞ-ın Avropa İttifaqından, Kanadadan və digər ölkələrdən polad və alüminium idxalına qoyduğu yüksək rüsumlar yolverilməzdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol