Menu

"Moody's" Türkiyənin kredit reytinqinə yenidən baxır

02.06.2018, 13:39
"Moody's" Türkiyənin kredit reytinqinə yenidən baxır

"Moody's" beynəlxalq reytinq agentliyi Türkiyənin kredit reytinqini yenidən nəzərdən keçirməyə başlayıb.

"Report" bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, agentlik bunu ölkənin yaxın gələcəkdə makroiqtisadi siyasətinə dair qeyri-müəyyənliyin olması ilə izah edib.

Xatırladaq ki, bu il martın 8-də "Moody's" Türkiyənin kredit reytinqini "Ba1" səviyyəsindən "Ba2" səviyyəsinə endirmiş, reytinq üzrə proqnozunu isə "Mənfi"dən "Sabit"ə dəyişmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol