Menu

"Mənfəətlə işləməyimiz üçün tariflər artırılmalıdır"

02.06.2018, 16:32
"Mənfəətlə işləməyimiz üçün tariflər artırılmalıdır"

İqtisadiyyat Nazirliyi yanında "Təmin Şəhər" ASC-nin zərərlə işləməsi tullantıların daşınma tariflərinin aşağı olması ilə bağlıdır.

Bu barədə "Report"a açıqlamasında qurumun İdarə Heyətinin sədri Etibar Abbasov bildirib.

"Tariflərin artırılması məsələsinə baxılmalıdır. Bütün dünyada bu tariflər yüksəkdir, amma Azərbaycanda aşağıdır. Səhmdar cəmiyyətin gəlirləri tullantılarına dşınması ilə yanaşı istehsak etdiyi elektrik enerjisinin satışından da formalaşır. Enerjinin tariflərini də Tarif Şurası müəyyən edib. Bu məsələlərə kompleks baxılmalı, tariflər artırılmalıdır dır ki, mənfəətlə işləyək", - deyə o, qeyd edib.

Sədr rəhbərlik etdiyi qurumun tabeliyindəki Balaxanı Sənaye Parkındakı son vəziyyət barədə də danışıb: "Parkın 6 rezidentindən 3-ü artıq fəaliyyətə başlayıb. Digər 3 rezident isə tikinti işləri bitdikdən sonra fəaliyyət göstərəcək. Parka yeni rezidentlərin cəlb edilməsi istiqamətində iş davam etdiriləcək. Bunun üçün Parkın ərazisi 1,3 hektar genişləndirilərək 8,3 hektara çatdırılıb".

Şərhlər

t.ədalət 2018-06-02 16:32:27

Taariflərtin artırılmasının ağırlığı sonda,onsuz da talanmış əhalinin üzərinə düşür.Necə ki gömrük sistemində rüsumların artırılması nəticəsində əhalinin alıcılıq qabiliyyəti talanır.

əli 2018-06-02 16:32:27

Bu adam deyəsən Lukaşenko deyəni eşitməyib https://www.youtube.com/watch?v=9Wr_NY1LKOw bax gör nə deyir.İşləyə bilmirsən yaxşı yol.Vətənini millətini sevən oölanlar var gəlib işləyərlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol