Menu

Sumqayıtda yolun bağlanması sakinlərə təhlükəli vəziyyət yaradıb

03.06.2018, 16:47
Sumqayıtda yolun bağlanması sakinlərə təhlükəli vəziyyət yaradıb

Sumqayıtda piyada yolunun bağlanması sakinlər üçün təhlükəli vəziyyət yaradıb.

"Report"un Sumqayıt - Abşeron bürosunun məlumatına görə, şəhərin 6-cı mikrorayon ərazisində, Cəlil Məmmədquluzadə küçəsində avtomobillərin gediş-gəlişi məqsədilə nəzərdə tutulan yol sakinlər üçün təhlükəyə çevrilib.

Ərazidə tikinti işlərinin aparılması və sakinlərin gediş-gəlişi üçün nəzərdə tutulmuş səki üzərində bəzi işbazlar tərəfindən meyvə-tərəvəz mağazasının fəaliyyətə başlaması bir sıra çətinlikləri ortaya çıxarıb. Sakinlər istər gündüz, istərsə də axşam saatlarında nəqliyyat vasitələrinin hərəkət etdiyi küçənin mərkəzi ilə gedib-gəlmək məcburiyyətində qalırlar. Bu da həm sürücülərə qəza şəraiti yaradır, həm də sakinlər üçün təhlükə törədir.

Sakinlər bildiriblər ki, problemdən aidiyyatı qurumlar da xəbərdardır. Lakin tədbir görülmür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol