Menu

Gədəbəydə iki VAZ toqquşub - 2 nəfər ölüb, 4 nəfər yaralanıb

04.06.2018, 08:18
Gədəbəydə iki VAZ toqquşub  - 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Gədəbəydə iki avtomobil toqquşub, ölən və yaralananlar var. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Gərgər kəndində baş verib.

Hərəkətdə olan iki "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 6 nəfər bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Onlardan sürücülər 1973-cü il təvəllüdlü Qarayev Nail və 1974-cü il təvəllüdlü İsmayılov Aydın xəstəxanada ölüblər.

Yaralılardan iki nəfəri Gəncədə olan xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol