Menu

Mingəçevir sakini kustar üsulla tüfəng və 357 ədəd pulemyot patronu hazırlayıb

04.06.2018, 12:09
Mingəçevir sakini kustar üsulla tüfəng və 357 ədəd pulemyot patronu hazırlayıb

Mingəçevir şəhər sakini kustar üsulla tüfəng, 357 ədəd pulemyot və 20 ədəd avtomat patronu hazırlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a bildirilib ki, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Vaqif Hüseynovdan kustar üsulla hazırlanmış tüfəng, 357 ədəd pulemyot patronu və 20 ədəd avtomat patronu götürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol