Menu

Bakı Poladtökmə Zavodunun ərazisində avtomobil şinləri yanır

04.06.2018, 15:21
Bakı Poladtökmə Zavodunun ərazisində avtomobil şinləri yanır

Bakı şəhəri, Binəqədi rayonunda Bakı Poladtökmə Zavodunun ərazisində istifadəyə yararsız avtomobil şinləri yanır.

Bu bardədə “Report”a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir. Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.

Yanğınla əlaqədar ətrafı qara tüstü bürüyüb.

Qeyd edək ki, dünən Binəqədi rayonunda Ağac Emalı Zavodunun ərazisində (hazırda fəaliyyət göstərmir) işlənmiş avtomobil şinləri yanmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol