Menu

Son 9 ildə Avropa İttifaqı ölkələri Azərbaycana 50,3 mlrd.dollar investisiya yatırıb

05.06.2018, 10:34
Son 9 ildə Avropa İttifaqı ölkələri Azərbaycana 50,3 mlrd.dollar investisiya yatırıb

iÖtən illər ərzində Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında danışıqların həcmində artım müşahidə edilib.

"Report" xəbər verir ki, bunu Aİ-Azərbaycan Biznes forumunda çıxış edən iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.

R.Məmmədov Aİ ilə Azərbaycan arasındakı ticarət dövriyyəsindən də danışıb:"Son 9 ildə Aİ ölkələri Azərbaycana 50,3 mlrd. dollar investisiya qoyub. Ticarət dövriyyəsinin 34%-i Aİ ölkələrinin payına düşür. Ötən il Aİ ilə ticarət dövriyyəsi 9,4 mlrd. dollar təşkil edib. Aİ-nin neftə olan tələbatının 5%-ni Azərbaycan ödəyir. Aİ ölkələrinin Azərbaycana qoyduğu investisiyalar 11 min yeni iş yerinin açılmasına səbəb olub",-nazir müavini qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol