Menu

Azərbaycanda problemli kreditlər azalıb

05.06.2018, 17:17
Azərbaycanda problemli kreditlər azalıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il mayın 1-nə 1 708,8 mln. manat təşkil edib.“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 0,08% azdır.

İlin əvvəlinə nisbətən problemli kreditlər 5,05%, ötən il mayın 1-nə nisbətən isə 7,20% artıb.

Aprelin sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 14,46% təşkil edib. Bu nisbət martın sonuna 14,66%, fevralın sonuna 14,7%, ötən ilin sonuna 13,8%, ötən il martın sonuna isə 10,2% təşkil edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol