Menu

Millimiz Qazaxıstana böyük hesabla uduzdu

05.06.2018, 21:06
Millimiz Qazaxıstana böyük hesabla uduzdu

Milli komandamız bu gün növbəti yoldaşlıq görüşünü keçirib.

Qol.az-ın məlumatına görə, Qurban Qurbanovun rəhbərlik etdiyi yığmamız "Astana Arena"da Qazaxıstan millisi ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu, Qurban Qurbanovun millimizə baş məşqçi təyin edildikdən sonra keçirilən ilk səfər oyunu idi. Komandamızın bunadək 4 yoxlama oyunundan 2-si Antalyada, 2-si isə Bakıda olub.

Qeyd edək ki, bu, millimizin Qurban Qurbanovun rəhbərliyi altında 5-ci oyunu olacaq. Bunadək 4 yoxlama oyunu keçirən yığmamız Moldova və Makedoniya ilə heç-heçə edib, Belarusa məğlub olub, Qırğızıstana qalib gəlib.

5 iyun

Yoldaşlıq görüşü

18:00. Qazaxıstan – Azərbaycan - 3:0

Qol: Roman Murtazayev, 12 (1:0), Serikcan Mujikov, 14 (2:0), Bəxtiyar Zaynutdinov, 89

Hakimlər: Aleksandr Tyan, Andrey Bodyan, Viktor Mardari, Dmitri Muntyan (hamısı Moldova)

Astana. "Astana Arena”

Şərhlər

omer 2018-06-05 21:06:57

Ne qederki arazdan,cavidden ne bilim daha kimlerdense i.tina olunmasa futbol olmacaq..ugurlar


Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol