«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Atom enerjisi üzrə beynəlxalq Agentliyin (MANATE) Baş direktoru Yukiya Amano bəyan edib ki, İran özünün atom proqramı üzrə Birgə hərtərəfli fəaliyyət planının (BHFP) tələblərinə tam əməl edir.
«Agentlik, İran tərəfindən elan olunan nüvə materialının digər məqsədlərlə istifadə olunmamasına nəzarət edir. İranda elan olunmamış nüvə materialının olmamsına dair yoxlamalar davam etdirilir» - deyə, Amano MAQATE idarəçiləri Şurasına ünvanlı məruzəsində bəyan edib.
«Agentlik əvvəlki kimi, BMT TŞ-nın sorusuna uyğun olaraq və MAQATE idarəçiləri Şurasının göstərişlərinə əsasən, nüvə energetikası üzrə İranın öhdəliklərini yerinə ytirməsinin vəziyyətini yolayır və buna nəzarət edir» - deyə, Amano qeyd edib.


Şərhlər