Menu

DÇ-2018 üçün Azərbaycan vətəndaşlarına satılan biletlərin sayı açıqlanıb

06.06.2018, 15:57
DÇ-2018 üçün Azərbaycan vətəndaşlarına satılan biletlərin sayı açıqlanıb

Rusiyada keçiriləcək futbol üzrə 2018-ci il dünya çempionatı üçün Azərbaycan vətəndaşlarına satılan biletlərin sayı müəyyənləşib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq, FİFA-nın mətbuat xidmətindən məlumat verilib. Rəsmi açıqlamada bildirilir ki, ölkə vətəndaşları indiyədək ali fubol qurumundan 500 bilet əldə ediblər. Lakin bilet satışı iyulun 15-dək davam edəcəyindən, bu rəqəm dəyişə bilər.

Qeyd edək ki, DÇ-2018 iyunun 14-də start götürəcək. Mundialın oyunları Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol