Menu

Aslan İsmayılov hamını mitinqə çağırdı

11.10.2013, 11:10
Aslan İsmayılov hamını mitinqə çağırdı

Seçkidən iki gün öncə - 7 oktyabrda, seçkidə iştirak edən namizədlərin rolu barədə fikirlərimlə facebook səhifəmdə bölüşmüşdüm. Buna görə məni qərəzçilikdə ittiham edənlər, hüquqşünaslığıma, ədalətli olmağıma şübhə edənlər də tapıldı. O fikirləri yazanda bunları görürdüm, mənə minnət qoyanların da tapılacağına şübhəm yox idi. Minnət qoymaq istəyənlərə bir daha bildirirəm ki, bu dünyada Allahımdan və ata, anamdan başqa heç kimə borcum yoxdur. Mənə borclu olanları isə dilimə gətirmərəm. Həmin yazımda deyilənlər yeni kəşf deyildi, sadəcə çoxlarının bildiyini, özlərini pis etməmək üçün ictimailəşdirmədiyini yazmışdım. Elə həmin yazımda da bildirmişdim ki, adı çəkilən namizədlərin mənim "yalan"ımı ifşa etmək şansları var. Seçki gününə qədər o şansdan istifadə etmədilər, hərçənd ki, elan olunacaq nəticələr əvvəlcədən hamıya bəlli idi.

Artıq saxta seçkilər arxadadır, nəticələr elan olunub, baş vermiş saxtakarlıqlar isə hamının gözü qarşısında baş verib. Beynəlxalq aləm, ATƏT qismində seçkiləri tanımadı və məhz buna görə də hakimiyyət oktyabrın 12-si mitinqinə icazə verdi. Yenə də həmin namizədlərin ikinci şansı var. Təsəvvür edək ki, siyasəti məndən qat-qat yaxşı bilənlər, bu bəsit halı görmürdülər. Hal-hazırda onların baş vermiş saxtaklarlıqlarla (çoxlu sayda videogörüntülərdən bunu görməmək mümkünsüzdür) tanış olub bu seçkinin nəticələrini tanımamaq, bütün tərəfdarlarını 12 oktyabr mitinqinə çağırmaq şansı var. Bu şansdan kimin hansı yeri tutduğunu mübahisələndirmək şəklində deyil, ümumilikdə seçkiləri tanınmamaq kimi istifadə edilməlidir. Əgər bunu da etməyəcəklərsə, yazdıqlarımın həqiqət olduğunu, ancaq maddi maraqlar naminə seçkilərdə İlham Əliyevin vəkili rolunu oynayan "namizəd- aktyor" olduqlarını etiraf etmiş olacaqlar! Bunu isə tarix və xalq onlara bağışlamayacaq!

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol