Menu

Sumqayıtda aptek işçisi döyülüb

07.06.2018, 20:39
Sumqayıtda aptek işçisi döyülüb

Sumqayıt şəhərində 19 yaşlı qız döyülüb.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə 42-ci məhəllə ərazisində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1999-cu il təvəllüdlü Cəmilə Qismət qızı Seyidova naməlum şəxslərin hücumuna məruz qalıb. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sumqayıt Şəhər Xəstəxanasına yerləşdirilib.

Hadisənin kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, C.Seyidova Sumqayıt şəhərində apteklərdən birində işləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol