Menu

Çağırışa gedən tibb işçiləri döyülüb - Təcili yardım maşınının şüşələri sındırılıb

08.06.2018, 10:31
Çağırışa gedən tibb işçiləri döyülüb - Təcili yardım maşınının şüşələri sındırılıb

Tovuz rayonunda çağırışa gedən təcili tibbi yardım maşınına hücum olub.

APA-nın qərb bürosunun xəbərinə görə, hadisə ötən gecə rayonun İbrahimhacılı kəndində baş verib. Xəstənin öldüyünü deyən yaxınları tibb işçilərinin çağırışa yubandıqlarını bildirib, həkim Eldar Abdıyev və tibb bacısı Cəmalə Qurbanovaya xəsarət yetiriblər.

Təcili tibbi yardım maşınının şüşələri sındırılıb.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol