«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Fransanın Prezidenti Emmanuel Makron Amerika Birləşmiş Ştatlarını (ABŞ) İran İslam Respublikasını (İİR) Birgə hərtərəfli fəaliyyət planı (BHFP) adlanan nüvə sazişindən çıxmağa vadar etməməyə çağırıb.
«Prezident Donald Tramp «böyük yeddiliyin» sammitində bizimlə birlikdə olacaq və bir neçə gündən sonra Sinqapurda Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri ilə görüşəcək. Biz, hamımız birlikdə qlobal denuklearizasiya və Koreya yarımadası üçün vacib olan təşəbbüsü dəstəkləyirik. Ancaq onların danışıqları nə qədər inandırıcı görünə bilər ki, 3 il bundan əvvəl keçirilmiş İranın nüvə proqramı üzrə danışıqlar sıfırlanır?» - deyə, Makron Kanadanın Baş naziri Castin Tryüdo ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
«Biz, istəirik ki, Prezident Tramp güclü olsun və KXDR ilə onun danışıqları baş tutsun. İstəyirik ki, beynəlxalq ictimaiyyətin İranla bağlanmış müqaviləyə inamı olsun. Odur ki, təklif edirik: Öz sələfiniz tərəfindən imzalanmış saziş Sizə xoş gəlmirsə... başqalarına da mane olmayın ki, sazişdə qalsınlar və İranı da bu sazişdən çıxmağa vadar etməyin... Gəlin, hamımız daha genişmiqyaslı saziş hazırmaq üzərində bigə işləyək» - deyə, Fransa Prezidenti qeyd edib.
Mətbuat konfransı «BFM TV» telekanalı tərəfindən yayımlanıb.


Şərhlər