"İyunun 7-də cənab Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən kənarlaşdırılan Tovuz rayonunun icra başçısı Tofiq Zeynalov kasıb və problemləri boğazdan aşan bir rayon qoyub getdi. 11 illik rəhbərliyi dövründə rayona dövlətin ayırdığı vəsaitləri təyinatından yayındırmaqla, eləcə də insanların torpaqlarını ələ keçirərək nemətlərini mənimsəməklə, kəndli təsərrüfatlarına və sahibkarlara ağır zərbə vurmaqla yadda qaldı".
Bu fikirlər Tovuz rayon sakini Rüfət Hüseynovun "AzPolitka.info"ya göndərdiyi şikayət məktubundandır.
Sabiq icra başçısını rayonun sərvətlərini mənimsəməkdə ittiham edən məktub müəlifi yazır: "Tofiq Zeynalov rayonu tamamilə özəlləşdirmiş, «ailə təsərrüfatı”na çevirmişdi. Vəzifəyə savadsız, bacarıqsız qohumlarını təyin etməklə, Tovuzdakı bütün maliyyə mənbələrini öz nəzarəti altında saxlayırdı. Ən yaxın qohumu Mahir Həsənovla birgə (M.Həsənov 2 il əvvəl Zeynalovla sərvətlərin bölgüsündə çığallıq etdiyinə görə vəzifədən uzaqlaşdırılıb) Tovuzun gələcək inkişafına da zərbə vurub".
Məktubda bildirilir ki, T.Zeynalov yaxın qohumu Mübariz Salmanovu rayon Maliyyə İdarəsinin rəhbəri təyin etdirib. Bundan sonra isə büdcədən təhsil, səhiyyə, mədəniyyət və digər təşkilatlara ayrılan pullar dağıdılıb: "Uşaq bağçalarına ayrılmış vəsaitlər talanıb. Tovuzda bağçaların təminatı və təmiri üçün ayrılan bütün vəsaitlər də mənimsənilib. Bağçaların vəziyyəti isə acınacaqlıdır. Xüsusi ilə də kənd bağçaları. Onlarda faktiki olaraq antisanitariya hökm sürür. Amma sənədlərə baxılarsa, bağçaların təminatı və təmiri ən yüksək səviyyədədir. Bütün bu rəzalətin baş verməsinin səbəbkarı isə Tofiq Zeynalovla yaxın qohumu, Maliyyə İdarəsinin müdiri Mübariz Salmanov olublar".
Məkdubda daha sonra iddia olunur ki, icra başçısının yaratdığı şərait nəticəsndə bir neçə nəslin nümayəndəsi Tovuza ayrılan bütün maliyyə vəsaitlərini mənimsəyib və nəticədə dövlət büdcəsinə hər il külli miqdarda ziyan vurulub: "Rayon məktəblərinə təmir üçün ayrılmış pullar da göyə sovrulub. Rayonda rabitə müəssisələri, telefon çəkilişi üçün ayrılmış vəsaitlər mənimsənilib. Yaxın qohumu - 10 ilə yaxın Tovuz Telekommunikasiya Qovşağının rəhbəri işləmiş, hazırda Tovuz şəhər icra nümayəndəsi işləyən Yaşar İbrahimovla birgə rayonun rabitə təsərrüfatını darmadağın edib. Rayonun kəndlərində telefon dirəkləri aşıb, sakinlər özləri birtəhər öz pulları ilə dirəkləri və xəttləri təmir etdirir. Yaşar İbrahimov hazırda həbsdə olan keçmiş rabitə məmurlarının xeyir-duası ilə təmir, tikinti, təchizat üçün ayrılmış külli miqdarda vəsaiti mənimsəyib".

Məktubda həmçinin qeyd edilir ki, Tofiq Zeynalov rayonda özü üçün iri fermer təsərrüfatları yardıb: "Ancaq işçilərə pul verməmək üçün yaxşı metod icad edib. Məktəb müəllimlərini, səhiyyə işçilərini, bağça işçilərini zor gücünə tütün, üzüm plantasiyalarında pulsuz qul kimi işlədib. Onun bu zorakılığına qarşı çıxanları isə işdən qovduracağı ilə hədələyib".
Şikayətçinin yazdığına görə, Zeynalov və qohumları rayonda kənd təsərrüfatına ciddi zərbə vurublar: "Tovuz həmişə kənd təsərrüfatı rayonu kimi məşhur olub. Ancaq Zeynalov və qohumları rayondakı insanların təsərrüfatlarını da viran qoyub. Onlara təsərrüfatlarını suvarmaq üçün su verməyib, suvarma sistemlərini özünün, qudasının, yeznə və digər qohumlarının hektarlarına yönəldib. 20-dən çox kəndi su ilə təmin edən Zəyəm çayını ağzını kəsərək özü üçün balıqçılıq təsərrüfatı, çimərlik və istirahət mərkəzləri yaradıb. Əhmədabad kəndində çayın qarşısında böyük çimərlik yaradıb və çimərliyin “otxod” suları insanlara verilib".
Məktubda qeyd olunur ki, Tovuzdakı yeyintiləri Hesablama Palatası da öz audit tədbirləri zamanı aşkar edib: "Palata Tovuz rayonunda keçirdiyi audit tədbirləri zamanı büdcə vəsaitlərinin funksional təyinatının dəyişdirilməsi hallarına yol verildiyini müəyyən edib".
Məktubda səslənən ittihamlarla bağlı Tofiq Zeynalov və adları çəkilən digər şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.
Vaqif
AzPolitika.info

Şərhlər
Bu icra hakimleri lap bizim sefirlerə benzeyirler... hamisi öz terefdarlarini, qul-qarabashlarini ve xebercilerini yerleshdirir, heqiqi peshekarlari ise uzaqlashdirirlar, sonra da sistemli demaqoqiya vasitesi ile töretdikleri cinayetleri ört-basidr etmeye ve belece ictimaiyyetin diqqetini yayindirmaga calishirlar....
Bos sohbatlardir Bu rayonun millat vakili Qanira Pasayeva deyilana gora an millatsevar insanlardan biridir Bela olsaydi coxdan hayacan tabili calmisdi Yazilanlardan bela cixir ki onun gozlari gormur onda yazin onun na maragi var?
Indi informasiya azadliqidir...Rayon camaati bir az feal olmalidir...problemleri cox tez sosial sebekelerde,onlayn metbuatda paylasmalidir...Yadda saxlamaq lazimdir ki,arxadan atilan das topuqa deyer......
RAYONLAR HAMISI ELƏ BU GÜNDƏDİR DƏ...
Kişiden el cekin.Yeni gelen bütün bütün 10 il erzinde yığılıb qalan problemleri hell edecek.Qeseng cumledi.Tiribuna cumlesi.Hardasan ay Baxcali.Buna bir şerden zaddan qedde dana...
Qağa çox vaxli yazılmış mektubdu.Yaddan çıxan varsa onlarıda yaz.10 ilde yeqin başqa nese yaddan cixanlarda var...
Bu təzə sey deyilki.
Bu Zeynalovlardan biri vaxtı ilə 4 nömrəli (kəndçi) xəstəxananın baş həkimi idi.Çox yaxşı işləyirdi.Xəstəxananı sökdülər,baş həkim Zeynalovu çıxardılar və nəhayətdə dövlət hesabına Bakı sağlamlıq mərkəzi tikildi.Sonra da oranı bir naməlum xarici vətəndaşa satdılar.Zeynalovdan sonra şəkər xəstələrinin müalicəsi dayandırıldı.İndi sağlamlıq mərkəzinin qapısını döyəndə,deyirlər ki,filan qədər ödə səni müalicə edək.Amma bu əcnəbi bizimlə Dağlıq Qarabağ savaşında olmayıb.Hansı haqla bura yiyələnib bilinmir.
Guya indi vezifeye getirilen zeher mamed leqebli icra bashcisi kimdi? Alverci zeher alvercisi oz adini sehv yazan birisi. Bu memleketin taleyi nece olacaq? Yalan dunya haqsizlara qalan dunya......
Bəs 11 il Tovuz niyə başlı-başına buraxıldı ki, bir nəfər .... başçı 11 (on bir )il rayonu o günə saldı,heç kimin xəbəri olmadı.Tobvuz rayonu ayda,marsda deyildi ki? Uzun illər Prezident aparatına,Nazirlər Kabinesibə və digər dövlət idarə orqanlarına göndərilən şikayətlər baxılmırdı,rayona nəzarət etməli olan orqanlar fəaliyyətsiz idilər.Niyə? Bax bu niyənin cavabı bütün rayonlar üzrə soruşulmalıdır
Biri 15-2o9 il nazir ,digəri o qədər icra başçısı,Komitə sdri saxlanılır, nəzarət isə yox! Özbaşınalıqdır.
bu azerbaycan sayaqi demokratiyadi,sonra ikilistandartdan wikayet edirik AVROPANI aldatmaq ele bilirler asandi.YAVAWDAMAQ OLMAZ ,ESAS INKIWAFDU...