Menu

Azərbaycanın maliyyə nazirinin oğlu Türkiyədən çoban iti alıb - FOTO 

11.06.2018, 16:13
Azərbaycanın maliyyə nazirinin oğlu Türkiyədən çoban iti alıb - FOTO 

Azərbaycan maliyyə naziri Samir Şərifovun oğlu dünyada "Anadolu aslanı" kimi tanınan Kanqal (poyraz) cinsindən olan it alıb. Mia.az xəbər verir ki, iri cüssələri, qoruma instinktləri və insana yaxınlığı ilə dünyada məşhurların diqqətini çəkən bu it növü Anadolunun Edremit qəsəbəsində 10 hektar xüsusi hasarlanmış ərazidə bəslənir.

İt fermasının sahibi Birol Başyiğit buranı 8 il əvvəl tikdiyini bildirib. Onun sözlərinə görə, Kanqal marağı onda uşaqlıqdan yaranıb və bu işə böyük sevgi ilə başlayaq peşəkara çevrilib. Fermada 40 damazlıq Anadolu çoban iti, Aksaray malaklısı, Ağbaş və digər it növləri var. Hazırda dünyanın 32 ölkəsinə bu itlər ixrac edilir.

Birol Başyiğit bildirib ki, poyrazın balalarına dünyada NBA ulduzları, kikboks çempionları, bürokratlar, siyasətçilər maraq göstərir: "Dünya şöhrətli mərakeşlı idmançı, K-1 döyüşçüsü, "Qızıl oğlan” ləqəbli Badr Hari, rusiyalı qaydasız döyüş ustası, qaydasız döyüş üzrə 4 qat MMA çempionu Fedor Emelianenko və Azərbaycan maliyyə nazirinin oğlu poyrazın balalarını bizdən alıblar”.

Şərhlər

x 2018-06-11 16:13:09

Xalqdan oguladiqlarin qorumaq ucun

bisavad 2018-06-11 16:13:09

Azərbbaycanın sərvətləri məmurlara məxsusdur.Onlar it, meymun, ayi, istənilən həşərat bir farsajda 3L benzin yandiran maşın, dünyanın istənilən ölkəsindən 100 mənzilli ev almaq daha doğrusu ölkənin sərvətlərini göyə sovura bilər və heç bir dövlət qurumuna görə var dövləti haqqında hesabat vermir.

t.ədalət 2018-06-11 16:13:09

Əlbəttə,maliyyə nazirinin oğlu gedib Dağlıq Qarabağın müdafiəsində fərlənməyəcək ki.Görünür,harın adamlar üçün it Vətən sevgisindən üstün olur...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol